ŞOK: Rusiyada azərbaycanlı deputatı üzr istəməyə MƏCBUR ETDİLƏR

ŞOK: Rusiyada azərbaycanlı deputatı üzr istəməyə MƏCBUR ETDİLƏR

Hazırda oxunan: ŞOK: Rusiyada azərbaycanlı deputatı üzr istəməyə MƏCBUR ETDİLƏR

252603

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsi (XMAO) Dumasının deputatı, azərbaycanlı diaspor nümayəndəsi Xalid Tağızadə öz çıxışına görə rəsmi şəkildə üzr istəməyə məcbur qalıb.

Bizim.Media xəbər verir ki, Xalid Tağızadə daha öncə parlament iclasında Yuqranın (XMAO) və Tümen vilayətinin bir hissəsinin türklərin tarixi vətəni olduğunu demişdi.

Bu açıqlama Rusiya ictimaiyyətində kəskin etirazla qarşılanıb. Azərbaycanlı deputatın üzərinə dəhşətli basqı həyata keçirilib.

Deputat sonradan açıqlama verərək sözlərinin yanlış anlaşıldığını bildirib:

“Yuqranın miqrantlar üçün cəlbedici olmasının mümkün səbəbləri barədə fərziyyə irəli sürdüm. Qəti hökm deyil, sadəcə fərziyyə idi. Təəssüf ki, sözlərim birmənalı qarşılanmadı. Bunun üçün dərin təəssüf hissi keçirir və üzr istəyirəm,” – deyə Tağızadə qeyd edib.

Qeyd edək ki, deputat daha əvvəl parlamentdə belə demişdi:

“Miqrantlar müxtəlif olur. Məsələn, özbəklərlə bağlı… Yuqra və Tümen vilayətinin bir hissəsi tarixi baxımdan Sibir xanlığına aid olub. Məlumdur ki, sonuncu hökmdar Xan Küçüm idi. Bu isə Buxara xanlığından çıxmış özbək Şeybanilər sülaləsidir. Ola bilsin ki, miqrantlar bu ərazilərə özlərinin tarixi vətəni kimi gəlirlər.”

Bu çıxışdan sonra XMAO Dumasının sədri Boris Xoxryakov Tağızadənin etika komissiyasına çağırılacağını bildirib.

Məsələ qısa zamanda federal səviyyəyə yüksəlib. Rusiya Dövlət Dumasının deputatı Stanislav Naumov məsələyə sərt reaksiya verərək deyib:

“Onu süpürgə ilə qovmaq lazımdır.”

Hazırda deputatın taleyinə etika komissiyası qərar verəcək. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO