Müxalifətdə olan “Hüquq və Ədalət” partiyasının namizədi Karol Navrotski Polşada keçirilən prezident seçkilərində qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Rzeczpospolita” qəzeti yayıb.
Mənbə qeyd edir ki, Polşa Dövlət Seçki Komissiyası bülletenlərin 99,8%-ni saydıqdan sonra Navrotskinin 50,9% səs topladığı bildirilib.
Onun rəqibi — hakim “Vətəndaş Koalisiyası”nın namizədi Rafal Tşaskovski isə 49,1% səs yığıb. Rəsmi nəticələr bülletenlərin tam sayılmasından sonra elan ediləcək.
Seçki məntəqələrinin 96%-dən məlumatlar daxil olduqda Tşaskovski 51,3%, Navrotski isə 48,7% səslə öndə və geridə gedirdilər.
“Rzeczpospolita”nın məlumatına görə, prezident seçkilərinin ikinci turunda sağçı elektoratın böyük hissəsi “Hüquq və Ədalət” partiyasının namizədi Navrotskini dəstəkləyib. Tşaskovski isə əsasən sol və mərkəzçi partiyaların namizədlərinə səs verən seçicilərin dəstəyini alıb.
Bizim.Media