ABŞ-ın keçmiş Prezidenti Co Baydenin adından avtomatik qələmdən istifadə edərək sənədləri imzalayan dörd Ağ Ev əməkdaşının şəxsiyyəti müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bunu "Fox News" telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının komitə sədri, respublikaçı Ceyms Komer deyib.
"Biz sənədləri götürən, avtomatik imzaya göndərən və Co Baydenin imzasının kağızlarda görünməsini təmin edən dörd Ağ Ev əməkdaşını müəyyən etdik. Biz onlara bu səlahiyyəti kimin verdiyini öyrənmək istəyirik", - o bildirib.
Konqresmen qeyd edib ki, avtomatik qələmə cavabdeh olan şəxslər ən mühüm sənədlərin, o cümlədən əfv və icra sərəncamlarının necə imzalanması prosesini dəqiq izah etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:26 / 01.06.2025
ŞOK: Ağ Evdə Baydenin əvəzinə 4 nəfər sənədlərə qol çəkib
Hazırda oxunan: ŞOK: Ağ Evdə Baydenin əvəzinə 4 nəfər sənədlərə qol çəkib
Hazırda oxunan: ŞOK: Ağ Evdə Baydenin əvəzinə 4 nəfər sənədlərə qol çəkib
252514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.