Sabiq baş nazir Cənubi Koreya prezidentliyinə namizədliyini geri çəkdi

Sabiq baş nazir Cənubi Koreya prezidentliyinə namizədliyini geri çəkdi

Hazırda oxunan: Sabiq baş nazir Cənubi Koreya prezidentliyinə namizədliyini geri çəkdi

252513

Cənubi Koreyanın sabiq baş naziri, müstəqil siyasətçi Hvan Gyo An prezident seçkilərində namizədliyini geri çəkdiyini və "Vətəndaş Gücü" adlı mühafizəkar partiyanın namizədi Kim Mun Suya dəstək verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook sosial şəbəkəsində yazıb

“Bu gün prezidentliyə namizədlikdən imtina etdiyimi bəyan edirəm. Namizəd nömrə iki – Kim Mun Sunu dəstəkləyirəm”, – deyə Hvan Gyo An yazıb.

Realmeter sosioloji bürosunun 28 mayda açıqladığı sorğu nəticələrinə əsasən, müxalifətdə olan "Toburo" Demokrat Partiyasının namizədi Li Çje Myon respondentlərin 49,2%-nin dəstəyini qazanıb. Kim Mun Sunu isə 36,8% dəstəkləyib. Daha sonra Li Cun Sok (10,3%), Kvon Yon Guk (0,7%), Hvan Gyo An (0,4%), Son Cin Ho (0,2%) gəlib.

Əvvəlcə prezident postuna 7 namizəd qeydiyyatdan keçmişdi. 19 mayda Azadlıq və Birlik Partiyasının nümayəndəsi Ku Cu Va seçki kampaniyasını davam etdirməkdən imtina edib.

Hvan Gyo An 2016–2017-ci illərdə impiçment edilmiş prezident Pak Kın Xedən sonra Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edib. O, 2015–2017-ci illərdə baş nazir vəzifəsində çalışıb və mühafizəkar düşərgənin nümayəndəsi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO