Yəmənin "Ənsarullah" (husilər) hərəkatının silahlı qüvvələri İsrailin Tel-Əviv şəhərində yerləşən Ben-Qurion (Lod) hava limanına raket zərbəsi endiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Səria açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki, Yəmən silahlıları üç hədəfə pilotsuz uçuş aparatları ilə hücum ediblər.
"Raket qüvvələrimiz hipersəs ballistik raketdən istifadə edərək Yaffanın (Tel-Əviv) işğal olunmuş ərazisindəki Lod (Ben-Qurion) hava limanına hücum əməliyyatı həyata keçiriblər," - deyə o, husilərə bağlı "Əl-Məsirə" televiziyasında çıxış edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:45 / 02.06.2025
Husilər İsrail hava limanına zərbə endirdilər
Hazırda oxunan: Husilər İsrail hava limanına zərbə endirdilər
Hazırda oxunan: Husilər İsrail hava limanına zərbə endirdilər
252497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.