Putin Paşinyana məktub yazdı, sonra zəng etdi

Putin Paşinyana məktub yazdı, sonra zəng etdi

Hazırda oxunan: Putin Paşinyana məktub yazdı, sonra zəng etdi

252430

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı yubileyi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Paşinyana ünvanlanmış məktub Kremlin rəsmi saytında dərc olunub.

Məktubda deyilir ki, iki ölkəni “tarixi dostluq münasibətləri” birləşdirir. Bu fonda Putin Moskva ilə İrəvanın “birgə səylərlə bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişafını təmin edə biləcəyinə” əminliyini ifadə edib.
 

“Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir, Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsi istiqamətində atılan addımlara uyğundur”, – deyə o əlavə edib.


Sonda Putin Paşinyana xoşbəxtlik, sağlamlıq və dövlət fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Nikol Paşinyan 1 iyun 1975-ci il tarixində anadan olub. Bu il onun 50 yaşı tamam olur.

Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər ikitərəfli və regional gündəlik məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO