Ruslar çay göbələyindən (kombuça) geyim hazırlamağa başlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Shot Proverka" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, çay göbələyindən hazırlanan materiala "gələcəyin parçası" adı verilir.
Məlum olub ki, bu material tamamilə bioloji yolla parçalanır və onu hazırlamaq asandır. Bunun üçün qabda şirin çay dəmlənir, soyudulur və içərisinə çay göbələyi əlavə olunur. Daha sonra qarışığın hava ilə təmasının qarşısını almaq üçün onu polietilenə bükmək və qaranlıq yerə qoymaq tövsiyə olunur.
Sadalanan mərhələlər düzgün yerinə yetirildikdə, dərini xatırladan elastik bir material əldə etmək mümkündür. Daha sonra material emala verilərək tekstil işində istifadə edilir.
Lakin bu üsulun populyarlığına baxmayaraq, bəzi çatışmazlıqları da var. Havanın rütubətindən material tez yumşalır, aşağı temperaturda isə kövrək olur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:27 / 31.05.2025
YENİLİK: Çay göbələyindən geyim hazırlanır
Hazırda oxunan: YENİLİK: Çay göbələyindən geyim hazırlanır
Hazırda oxunan: YENİLİK: Çay göbələyindən geyim hazırlanır
252368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.