Bayden müalicəyə başladı

Bayden müalicəyə başladı

Hazırda oxunan: Bayden müalicəyə başladı

252303

ABŞ-ın keçmiş Prezidenti Co Bayden onkoloji xəstəliyi üçün təyin edilən dərmanları qəbul etməyə başlayıb.

Bizim.Media “The Washington Post”a istinadən xəbər verir ki, Bayden bu barədə Delaver ştatında tədbir zamanı danışıb.
 

Onun sözlərinə görə, hazırda cərrahla işləyir: “Proqnoz yaxşıdır, hər şey üzərində çalışırıq. Hər şey irəliyə doğru gedir və özümü yaxşı hiss edirəm. Bütün insanlar çox optimist ruhdadırlar”.


Bayden əlavə edib ki, müalicə 6 həftə ərzində konkret bir dərmanın qəbulunu nəzərdə tutur, daha sonra isə başqa dərman qəbul etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl 82 yaşlı Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO