"Haribo" marmeladlarında narkotik maddə aşkarlandı

"Haribo" marmeladlarında narkotik maddə aşkarlandı

Hazırda oxunan: "Haribo" marmeladlarında narkotik maddə aşkarlandı

252095

Niderlandda məşhur "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Bizim.Media kp.ru-ya istinadla xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat verib.
 

Hadisə bir neçə nəfərin şirniyyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb. Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb.


"Haribo" şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək, şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. Hazırda çətənənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO