Hollivudun məşhur aktyoru Bred Pitt ilk dəfə həyat yoldaşı Ancelina Colidən boşanması haqqında danışıb.
Bizim.Media xəbər verir ki, Bred bütün bu illər ərzində susub, amma indi bu böyük hekayə sona çatdıqda nə hiss etdiyini açıqlayıb.
Aktyorların məhkəmə prosesi 8 il davam edib. Belə ki, Ancelina Coli hələ 2016-cı ildə Bred Pittdən boşanmaq üçün ərizə vermişdi. Lakin onların ayrılığı uzun illər davam edib və aktyorlar nikahlarını yalnız 8 ildən sonra rəsmi şəkildə sonlandıra biliblər. Bütün bu müddət ərzində keçmiş həyat yoldaşları baş verənlərlə bağlı şərh verməyiblər.
Bu yaxınlarda GQ-yə verdiyi müsahibədə aktyor ilk dəfə bu mövzudan danışıb. Pitt qeyd edib ki, baş verənlərdə xüsusi bir şey görmür.
“Xeyr, bunun ciddi bir şey olduğunu düşünmürəm. Sadəcə bəzi şeylər hüquqi mənaya çatdı” – deyə Bred emosiyalar və peşmanlıq hissi keçirmədən bildirib.
Xatırladaq ki, Bred və Ancelina 2005-ci ildə "Mr. & Mrs. Smith" filminin çəkiliş meydançasında tanış olublar. 2012-ci ildə Bred sevgilisinə evlilik təklifi edib. İki il sonra Pitt və Coli evləniblər, 2019-cu ildə isə ayrılıblar.
Bizim.Media