Zaxarova: “Rusiyalı səfir gələn həftə Vaşinqtona qayıda bilər” 

Zaxarova: “Rusiyalı səfir gələn həftə Vaşinqtona qayıda bilər” 

Hazırda oxunan: Zaxarova: “Rusiyalı səfir gələn həftə Vaşinqtona qayıda bilər” 

25198

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov gələn həftə Vaşinqtonda işinə qayıda bilər. 

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib. 

"Onun növbəti iş həftəsini birbaşa Vaşinqtonda keçirəcəyini düşünürük", deyə o, qeyd edib. 

Xatırladaq ki, 16 iyun tarixində Rusiya Prezidenti Vladimir Putin Amerika lideri Co Bayden ilə zirvə görüşü zamanı Moskva və Vaşinqton səfirlərinin qarşılıqlı qayıdışı barədə razılığa gəldiyini açıqlayıb. 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov mart ayında Moskvada məsləhətləşmələr aparmaq üçün Vaşinqtonu tərk edib, diplomatik nümayəndəlik rəhbərinin geri çağırılmasına səbəb Amerika Prezidenti Co Baydenin Rusiya başçısı Vladimir Putinə dair açıqlamaları olub. 

Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana "ətraflı, ciddi məsləhətləşmələr" üçün Vaşinqtona getməsini tövsiyə etdiyini söyləyib.  

20 apreldə ABŞ Dövlət Departamenti Sallivanın Moskvanı tərk etdiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO