Rusiya Zaporojye vilayətinə 6 aviabomba atdı – İnsanlar dağıntılar altında qaldı

Rusiya Zaporojye vilayətinə 6 aviabomba atdı – İnsanlar dağıntılar altında qaldı

Hazırda oxunan: Rusiya Zaporojye vilayətinə 6 aviabomba atdı – İnsanlar dağıntılar altında qaldı

251920

Rusiya ordusu Zaporojye vilayətinin Poloji rayonuna idarə olunan aviazərbələr endiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası (VHA) məlumat yayıb:

“Sübh çağı düşmən Vərxnyaya Tersa kəndini KAB-larla vurub. Mülki evlərin yerləşdiyi əraziyə azı beş aviapomba atılıb. Yaşayış evləri dağılıb və zədələnib. Bəzi insanlar dağıntılar altında qalıb”, – deyə administrasiya qeyd edib.

Qurumun açıqlamasına görə, hücum nəticəsində 49 yaşlı bir kişi yaralanıb.

VHA-nın ümumi məlumatına əsasən, son sutka ərzində ruslar Zaporojye vilayətində 10 yaşayış məntəqəsinə 397 zərbə endiriblər. “9 mənzil, fərdi ev və avtomobilin zədələnməsi barədə məlumat daxil olub”, – deyə əlavə olunub.

Qeyd edək ki, yerli vaxtla saat 09:41-də Zaporojye VHA rəhbəri İvan Fedorov bildirib ki, Poloji rayonuna Rusiya tərəfindən edilən hücum nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. “Yaralıya həkimlər tərəfindən bütün zəruri tibbi yardım göstərilir”, – deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO