Rusiya Prezidenti Vladimir Putin əgər danışıqlar masasına oturmağa razılaşmasa, ABŞ və Avropa tərəfindən müəyyən tədbirlərin görülməsinə hazır olmalıdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra Almaniyanın xarici işlər naziri İohann Vadeful məlumat verib.
Bizim.Media xəbər verir ki, informasiyanı “Sueddeutsche Zeitung” nəşri yayıb.
Mənbə qeyd edir ki, Almaniyanın xarici siyasət idarəsinin rəhbəri ABŞ-a ilk rəsmi səfərini edib və burada dövlət katibi Rubio ilə görüşüb. Bu səfərin məqsədlərindən biri də Almaniya kansleri Fridrix Mersin yaxınlaşan Vaşinqton səfərinə hazırlıq olub.
Vadeful ilə Rubionun müzakirə etdiyi əsas mövzulardan biri də Ukraynada müharibəyə son qoyulması olub. Almaniyalı nazir bildirib ki, atəşkəsin dərhal elan olunması ilə bağlı razılıq mövcuddur və Ukrayna buna hazırdır, lakin Rusiya razılaşmaqdan imtina edir.
“Bu səbəbdən bu gün biz qərara gəldik ki, Putinin nəhayət danışıqlar masasına oturması üçün növbəti addımlarımızı sıx şəkildə əlaqələndirəcəyik”, – deyə Vadeful bildirib.
O, görüş zamanı Rubionun dediyi sözləri də sitat gətirib: “Əgər Putin inadkarlıq edərsə, tədbirlər görüləcək” və Rusiya prezidenti “buna hazır olmalıdır”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:32 / 29.05.2025
ABŞ və Avropadan Putinə SON XƏBƏRDARLIQ: “Danışıqlar masasına oturmasa..."
Hazırda oxunan: ABŞ və Avropadan Putinə SON XƏBƏRDARLIQ: “Danışıqlar masasına oturmasa..."
Hazırda oxunan: ABŞ və Avropadan Putinə SON XƏBƏRDARLIQ: “Danışıqlar masasına oturmasa..."
251919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.