Alimlər süni qan qrupu yaratdı

Alimlər süni qan qrupu yaratdı

Hazırda oxunan: Alimlər süni qan qrupu yaratdı

251912

Yapon alimləri bütün qan qruplarına uyğun süni qan hazırlayıblar.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyada alimlər bütün qan qruplarında istifadə oluna bilən yeni növ süni qan istehsal edib. Bu yenilik tibb sahəsində ciddi maraq doğurub və gələcəkdə bir çox insan həyatını xilas edə biləcək mühüm bir addım kimi qiymətləndirilir.

Yeni hazırlanan süni qan laboratoriya şəraitində hazırlanmış qırmızı qan hüceyrələri və trombositlərin mikroskopik sintetik qabarcıqlara yerləşdirilməsi ilə əldə olunur. Bu quruluş real qanın oksigen daşıma və laxtalanma kimi əsas funksiyalarını yerinə yetirə bilir. Ənənəvi qan məhsulları soyuq mühitdə saxlanmalı və qısa müddət ərzində istifadə olunmalıdır.

Lakin bu süni qan otaq temperaturunda bir ildən çox saxlanıla bilir ki, bu da onu xüsusilə xəstəxanalar, təcili yardım maşınları və səyyar klinikalar üçün əvəzolunmaz edir.

Yeni süni qan təcili yardım tələb edən qəzalarda, təbii fəlakətlərdə və müharibə şəraitində qan qrupu uyğunluğunu gözləmədən istifadə olunmasına imkan yaradır. Mütəxəssislər bu texnologiyanın qan köçürmə prosesində ciddi dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.

Qan qrupu uyğunluğunun aradan qalxması, xüsusilə ucqar və tibbi infrastruktur baxımından zəif olan bölgələrdə qan təminatı və köçürülməsini asanlaşdıracaq. Bundan başqa, səhv qan qrupu verilməsi nəticəsində yaranan ağır fəsadların da qarşısı alınacaq.

Hazırda bu süni qan klinik sınaq mərhələsindədir. Əgər sınaqlar uğurla nəticələnsə, gələcəkdə bu məhsul xəstəxanaların təcili yardım şöbələrində, hərbi bölmələrdə, hətta kosmos missiyalarında standart tibbi vasitə kimi istifadə edilə bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO