Tatlıses vəsiyyətini açıqladı: “O iki nəfər dəfnimə belə gəlməsin”

Tatlıses vəsiyyətini açıqladı: “O iki nəfər dəfnimə belə gəlməsin”

Hazırda oxunan: Tatlıses vəsiyyətini açıqladı: “O iki nəfər dəfnimə belə gəlməsin”

251911

Müğənni İbrahim Tatlıses illər sonra dərin incikliklərini dilə gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.

“İki nəfəri əsla bağışlamayacağam. Onlar qəbrimə belə gəlməsinlər,” – deyən sənətçi bu şəxslərlə eyni şəhərdə yaşamaq istəmədiyi üçün İzmirə köçdüyünü, hətta məhkəməyə müraciət edərək hüquqi uzaqlaşdırma prosesi başlatmaq istədiyini bildirib.

Tatlıses eyni zamanda yenidən evlənmək istədiyini, amma güvənə biləcəyi bir insan tapa bilmədiyini də vurğulayıb.

Məşhurlar dünyasında zaman-zaman təəccüblü vəsiyyətlər gündəmə gəlir, lakin bu dəfə söz mövzusu yalnız bir vəsiyyət deyil, illərlə içində saxladığı incikliklərin açıq etirafıdır.

Tanınmış sənətçi İbrahim Tatlıses son açıqlamasında keçmişdə yaşadığı dərin xəyalqırıqlıqlarını dilə gətirərək bəzi şəxsləri ömrünün sonuna qədər bağışlamayacağını qeyd edib.

Kim olduqlarını açıqlamasa da, biri qadın, digəri kişi olmaqla iki şəxsi işarə edən Tatlıses bildirib:

"Onlara haqqımı halal etməyəcəyəm. Nə qəbrimə gəlsinlər, nə də adımı ansınlar. Məni itirəndə ağlasalar da, vecimə deyil. Həyatımda yerləri yoxdur, olmayacaq da. Qəbrimə gəlməsinlər, onlara bağışlanma yoxdur, üzr istəsələr də yoxdur."

Bu şəxslərlə eyni şəhərdə belə olmaq istəmədiyini deyən Tatlıses sözlərinə belə davam edib:

"Yalnız onların nəfəs aldığı yerdən uzaqlaşmaq üçün İzmirə köçdüm. Lazım olsa, Bodrumdan da çıxıb gedərəm. Kölgələri belə yetər artıq... Hətta məhkəməyə müraciət edəcəyəm ki, mənə yaxınlaşmasınlar, qanuni şəkildə qarşısını alacağam."

Tatlıses yalnız incikliklərini deyil, qəlbini yenidən açmaq istədiyini də bildirib.

Amma evlilik mövzusunda ehtiyatlıdır:

"Həyatımı paylaşacaq birini istərdim, amma səmimi və dürüst birini tapmaq indi çox çətindir. Bu dövrdə güvənin nə qədər dəyərli olduğunu daha yaxşı anlayıram."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO