Amerikalı sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasını tərk edir. O, hökumətin işinin səmərəliliyini artırmaq üzrə departamentə (DOGE) nəzarət edirdi.
Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə günü “Associated Press” agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, bu qərar Maskın CBS telekanalına verdiyi müsahibədə Tramp administrasiyası tərəfindən təklif olunan və Konqresin Nümayəndələr Palatası tərəfindən dəstəklənən dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul olunub.
Reuters agentliyi də öz növbəsində administrasiyadakı mənbəyə istinadən yazıb ki, Maskın administrasiyanı tərk etməsi prosesi birbaşa çərşənbə axşamı axşam saatlarından başlayacaq.
Maskın özü isə çərşənbə günü X platformasında paylaşım edərək bildirib ki, “hökumətin ona xüsusi əməkdaş kimi ayırdığı vaxt başa çatmaq üzrədir”.
Eyni zamanda, o, DOGE-nin ABŞ hökumətinin fəaliyyətindəki rolunun zamanla daha da artacağına inandığını ifadə edib. Qeyd edək ki, Mask mayın 24-də ona məxsus X sosial şəbəkəsində baş verən genişmiqyaslı nasazlıqdan sonra şirkətlərinə daha çox vaxt ayırmaq niyyətində olduğunu açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:29 / 29.05.2025
Mask Tramp administrasiyasını tərk edir - FOTO
Hazırda oxunan: Mask Tramp administrasiyasını tərk edir - FOTO
Hazırda oxunan: Mask Tramp administrasiyasını tərk edir - FOTO
251885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.