Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib, 4 gün vaxt qoydu - FOTO

Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib, 4 gün vaxt qoydu - FOTO

Hazırda oxunan: Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib, 4 gün vaxt qoydu - FOTO

251867

Ukraynanın müdafiə naziri Rustem Umerov atəşkəslə bağlı sənədi Rusiya prezidentinin köməkçisi Vladimir Medinskiyə təhvil verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Umerov sosial şəbəkə hesabında paylaşım edib.

"Mayın 16-da Türkiyədə keçirilən görüşdən sonra bütün dünya Rusiya tərəfinin Ukrayna və onun tərəfdaşlarına atəşkəs istiqamətində addımlar barədə baxışları ilə “memorandum” hazırlayıb göndərəcəyini gözləyir.

Təəssüf ki, Rusiya tərəfi bu prosesi uzatmağa çalışır. Amma təzyiqlər işə yaradı.

Prezident Trampın, Avropa liderlərinin və prezident Zelenskinin dünyanın Ukrayna üçün sülhün əldə edilməsi ətrafında birləşdiyini sübut edən sərt bəyanatlarından sonra ruslar nəhayət ki, “memorandum”larını yekunlaşdırdıqlarını açıqladılar. Bununla belə, sənədin ötürülməsini gecikdirirlər.

Mən Ukraynanın mövqeyini əks etdirən sənədi Rusiya nümayəndə heyətinin başçısı V. Medinskiyə verdim. Biz Ukraynanın tam və qeyd-şərtsiz atəşkəsə və gələcək diplomatik danışıqlara hazır olduğunu təsdiqləyirik.“Rusların “memorandum”unu təqdim etmək üçün dörd gün vaxtı var.

Ukrayna həmişə mümkün qədər konstruktiv olub və olacaq. Tərəflərin görüşləri nəticə verməlidir. Ona görə də hər bir görüşə düzgün hazırlaşmaq lazımdır.

Rusiya tərəfi mübadilədən dərhal sonra “memorandumu” təhvil verəcəyini vəd edib. Biz Rusiya tərəfini bu vədi dərhal yerinə yetirməyə və görüşü dağıdıcı etmək cəhdlərini dayandırmağa çağırırıq”, - Ukraynanın müdafiə naziri yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO