İnterpolun axtardığı daha bir "qanuni oğru" Türkiyədə TUTULDU - FOTO

İnterpolun axtardığı daha bir "qanuni oğru" Türkiyədə TUTULDU - FOTO

Hazırda oxunan: İnterpolun axtardığı daha bir "qanuni oğru" Türkiyədə TUTULDU - FOTO

251838

Kriminal dairələrdə Teko Tbilisski kimi tanınan 51 yaşlı “qanuni oğru” Teymuraz Faroyan Türkiyədə saxlanılıb.

Bizim.Media xəbər verir ki, o, 2020-ci ildən Moskvanın Cənub-Qərb İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə beynəlxalq axtarışa verilib.

Məlumata görə, Teymuraz Faroyana 1992-ci ildə vətənində Dato Caparidze və Lolo Xaçaturov “tac qoyub”.
 

Teko beş dəfə, o cümlədən bir dəfə Tbilisidə silah, dörd dəfə isə Moskvada narkotik ittihamı ilə məhkum edilib. Teko sonuncu dəfə 2018-ci ildə Verxneuralsk həbsxanasından azad edilib.


Hazırda “qanuni oğru” Antalya miqrasiya mərkəzində Rusiyaya deportasiyasını gözləyir. (lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO