Koronavirus yenidən baş qaldırdı – Yoluxmalar sürətlə ARTIR

Koronavirus yenidən baş qaldırdı – Yoluxmalar sürətlə ARTIR

Hazırda oxunan: Koronavirus yenidən baş qaldırdı – Yoluxmalar sürətlə ARTIR

251779

Dünyada 7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus kabusu bitmək bilmir.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəliyin ocağı bu dəfə Hindistandadır.

Belə ki, Hindistanda yoluxmaların sayı bir həftə ərzində 257-dən 1010-a yüksəlib. Ən yüksək artım – 335 yeni yoluxma ilə Kerala əyalətində qeydə alınıb.

Xəstəliklərin artması COVID-19-un iki yeni alt variantının, NB.1.8.1 və LF.7-nin aşkarlanması ilə üst-üstə düşüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları diqqətlə müşahidə edir. İlkin qənaətlər variantların yüksək yoluxucu ola biləcəyini göstərir, təxmin edilir ki, NB.1.8.1 insan hüceyrələrinə daha güclü bağlanma qabiliyyətinə malikdir və buna görə də əvvəlki variantlardan daha tez yayıla bilər.

Mütəxəssislər vurğulayırlar ki, yeni halların əksəriyyətində simptomlar yüngül xarakter daşıyır, ona görə də panikaya ehtiyac yoxdur. Bununla belə, əyalət hökumətləri ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə çağırır. Hindistan Səhiyyə Nazirliyinin rəsmiləri xəstəxanaların mümkün artıma hazır olduqlarını bildiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO