Lavrov: "Biz Ukraynadan fərqli olaraq yalnız hərbi hədəfləri vururuq" - VİDEO

Lavrov: "Biz Ukraynadan fərqli olaraq yalnız hərbi hədəfləri vururuq" - VİDEO

Hazırda oxunan: Lavrov: "Biz Ukraynadan fərqli olaraq yalnız hərbi hədəfləri vururuq" - VİDEO

251578

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ukraynanın hücumlarına cavab olaraq həyata keçirilən Rusiya zərbələri yalnız hərbi hədəflərə və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi obyektlərə yönəlib.

Bizim.Media xəbər verir ki, o, bu bəyanatı Rusiya mediasına açıqlamasında verib.

Lavrovun sözlərinə görə, onlar (Ukrayna rəhbərliyi və onun Qərbdəki dəstəkçiləri) çox yaxşı bilirlər ki, bizim zərbələrimiz onlarınkından fərqli olaraq sırf hərbi obyektlərə və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi infrastruktur obyektlərinə endirilir:

“Bu fundamental fərqi anlamamaq mümkün deyil”.

Nazir həmçinin vurğulayıb ki, cinayətkar cəzalandırılmalıdır və bu prinsip beynəlxalq hüquq baxımından da əsasdır:

“Rusiya öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bu tədbirləri həyata keçirməkdə qərarlıdır”.

Lavrovun bu sözləri Ukrayna ordusunun Rusiyanın müxtəlif bölgələrinə, xüsusilə mülki infrastruktur obyektlərinə endirdiyi hücumlara cavab olaraq Moskvanın son hərbi əməliyyatları fonunda səsləndirilib.

Nazir əlavə edib ki, Qərb dövlətlərinin ikili standartlarla yanaşması – Ukraynanın hücumlarını müdafiə xarakterli sayması, Rusiya cavablarını isə "aqressiv" kimi qələmə verməsi beynəlxalq münasibətlərin ədalətli şəkildə tənzimlənməsinə böyük zərbə vurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO