Kadırov xəstəliyindən DANIŞDI: “Ölüm hər kəsin yoludur”

Kadırov xəstəliyindən DANIŞDI: “Ölüm hər kəsin yoludur”

Hazırda oxunan: Kadırov xəstəliyindən DANIŞDI: “Ölüm hər kəsin yoludur”

251545

2025-ci il mayın 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələr fonunda qədim bir qüllənin önündə video paylaşaraq bildirib ki, xəstəlik və ölüm hər kəsin yoludur, lakin insanın həyatına yalnız nəfəs verən qərar verir.

Bizim.Media xəbər verir ki, o, bu tip şayiələri yayanları "xaricdə gizlənən, cəsarətsiz dedi-qoducular" adlandırıb və vurğulayıb ki, hər gün — Uca Yaradan tərəfindən verilmiş qiymətsiz bir nemətdir.

Rusiyanın “Novaya qazeta. Yevropa” nəşrinin məlumatına görə, Kadırov mədəaltı vəzi nekrozundan əziyyət çəkir və yaz aylarında səhhəti pisləşib.

O, demək olar ki, Qroznıdakı klinikanı tərk etmir. Daha öncə bu tip xəbərləri gəzinti və görüşlərdən videolar paylaşmaqla təkzib edirdi.

May ayında Kadırov bildirib ki, Vladimir Putindən onu vəzifədən azad etməyi xahiş edib, lakin bu təklifi rədd edilib.

O, bu xəbərlərə münasibət bildirərkən Mark Tvenin məşhur ifadəsini xatırladıb:

"Ölümüm haqda xəbərlər xeyli şişirdilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO