Bu gün Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyası Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bəyanat layihəsini parlamentin plenar iclasının gündəliyinə daxil etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bəyanat layihəsi müxalif “Şərəfim var” fraksiyası tərəfindən hazırlanmışdı.
Erməni KİV-lərinin məlumatına görə, layihənin gündəliyə salınmasının lehinə 27 deputat, əleyhinə isə 54 deputat səs verib.
Hakim partiyanın deputatı Asmik Akopyan çıxışında bildirib ki, əvvəllər — Qələbənin 70 və 75 illik yubileyləri zamanı da parlament bu cür bəyanatlar qəbul etməyib. Ona görə də bu təşəbbüsün bu il irəli sürülməsinin məqsədəuyğunluğunu başa düşmədiyini qeyd edib.
Akopyan həmçinin vurğulayıb ki, təqdim olunmuş bəyanat mətnində SSRİ-dən başqa antihitler koalisiyasının digər ölkələrinin rolu haqqında heç bir qeyd yoxdur ki, bu da balanslı yanaşmadan uzaqdır.
Bu qərar Ermənistanda Böyük Vətən Müharibəsi və onun mirası ilə bağlı ictimai və siyasi münasibətin dəyişdiyini, həmçinin hakimiyyətin Rusiya ilə bağlı simvolik yanaşmalara ehtiyatla yanaşdığını göstərən siqnal kimi qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:44 / 27.05.2025
Paşinyanın partiyasından Rusiyaya ETİRAZ: Qələbənin 80 illiyi ilə bağlı layihə rədd edildi
Hazırda oxunan: Paşinyanın partiyasından Rusiyaya ETİRAZ: Qələbənin 80 illiyi ilə bağlı layihə rədd edildi
Hazırda oxunan: Paşinyanın partiyasından Rusiyaya ETİRAZ: Qələbənin 80 illiyi ilə bağlı layihə rədd edildi
251542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.