Castin Biber Selena Qomezə bənzəyən 17 yaşlı aktrisaya sevgi etirafı etdi – FOTO

Castin Biber Selena Qomezə bənzəyən 17 yaşlı aktrisaya sevgi etirafı etdi – FOTO

Hazırda oxunan: Castin Biber Selena Qomezə bənzəyən 17 yaşlı aktrisaya sevgi etirafı etdi – FOTO

251528

Dünya pop səhnəsinin ulduzu Castin Biberin pərəstişkarları onun davranışı və görünüşündən narahatdırlar. Onun model həyat yoldaşı Heyli Biberlə evliliyinin çətin dönəmdən keçdiyi barədə də şayiələr var. Cütlük sosial şəbəkədə nə qədər romantik fotolar dərc edərək bunun əksini sübut etməyə çalışsa da, artıq onlara heç kim inanmır. Üstəlik, Biberin özü daim internet istifadəçilərinin fərziyyələrini gücləndirir.

Bizim.Media xəbər verir ki, Castin bu yaxınlarda 17 yaşlı aktrisa Ariana Qrinblattın instaqram paylaşımının altına mübahisəli şərh yazıb.

O, aktrisanın fotosuna "Mən səni sevirəm" sözlərini yazıb. Müğənninin bu şərhi internet istifadəçilərini hiddətləndirib. Bəziləri onu evli olduğu halda başqa qızlara sevgi etirafı etdiyinə görə tənqid edib. Digərləri Qrinblattın hələ də azyaşlı olduğunu qeyd edib.

Bu etirafın daha maraqlı və qəribə tərəfi isə gənc aktrisanın Biberin keçmiş sevgilisi, müğənni Selena Qomezə çox bənzəməsidir.

Xatırladaq ki, 2010-cu illərin əvvəllərində Castin Selena ilə sevgili olub, lakin 2012-ci ildə onlar ayrılıblar. Bir neçə ildən sonra sənətçi Heyli Bolduinlə vaxt keçirməyə başlayıb. Lakin onların eşq münasibəti uzun sürməyib və Biber yenidən Qomezlə barışıb. Ancaq ikinci cəhddə belə münasibətləri xilas etmək mümkün olmayıb. 2018-ci ilin martında onlar birdəfəlik ayrılıblar və sentyabrda Castin Heyli ilə evlənib.

Heyli və Selenanın pərəstişkarları isə qızların özlərinin bütün küsülülükləri çoxdan unutduqlarını dəfələrlə etiraf etməsinə baxmayaraq, hələ də düşmənçilik edirlər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO