Rusiyalı milyarderdən doğum sayını artırmaq üçün qəribə təklif

Rusiyalı milyarderdən doğum sayını artırmaq üçün qəribə təklif

Hazırda oxunan: Rusiyalı milyarderdən doğum sayını artırmaq üçün qəribə təklif

251340

Rusiyalı siyasətçi, sahibkar və ictimai xadim Konstantin Malofeyev hazırda yaşı 30 və daha az olan ölkə vətəndaşları üçün yaşa görə gələcək pensiyaların ləğvini təklif edib.

Bizim.Media xəbər verir ki, siyasətçi müvafiq təkliflə öz "Telegram" kanalında çıxış edib.
 

Siyasətçinin sözlərinə görə, 10 ildən sonra Sosial Fonda pensiya ödəmələrini dayandırmaq, bəzi vətəndaşlara ümumiyyətlə dövlət təqaüdlərini verməmək lazımdır.


Malofeyev əlavə edib ki, onların maaşlarından tutulan pensiya yığımları özlərinə geri qaytarılmalıdır.

Siyasətçinin fikrincə, belə bir addım gəncləri qocalıqda onlara baxacaq uşaqlara sahib olmağa sövq edə bilər. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO