Rusiya və Ukrayna pərdəarxası danışıqlar aparır?

Rusiya və Ukrayna pərdəarxası danışıqlar aparır?

Hazırda oxunan: Rusiya və Ukrayna pərdəarxası danışıqlar aparır?

251310

Rusiya və Ukrayna arasında pərdəarxası danışıqlar gedir. Bu danışıqlar çərçivəsində iki ölkə nümayəndə heyətlərinin yeni rəsmi görüşünün yeri də müzakirə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RIA Novosti” agentliyi İstanbulda yerləşən diplomatik mənbəyə istinadən yayıb. 

Mənbənin sözlərinə görə, hazırda pərdəarxası danışıqlar prosesi gedir, amma hələlik konkret nəticə yoxdur:

“İstanbul şübhəsiz ki, rahat, sınaqdan çıxmış və özünü sübut etmiş bir danışıqlar meydançasıdır”.
 

Qeyd edək ki, mayın 16-da İstanbulda 2022-ci ildən bəri ilk dəfə olaraq Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqlar keçirilib. Rusiya nümayəndə heyətinin rəhbəri, prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Moskva danışıqlardan “razı qalıb”.


Danışıqlar zamanı tərəflər “1000-ə 1000” formatında əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər. Bundan əlavə, Ukrayna nümayəndə heyəti prezidentlər səviyyəsində birbaşa görüş tələb edib. Rusiya tərəfi bu təklifi “nəzərə aldığını” bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO