“Azərbaycanda olmağa şadam. Xüsusi qonaqpərvərliyə görə təşəkkür edirəm. Uzun müddət Bakıda olmamışam. Azərbaycadakı inkişaf məni yaxşı mənada çox təəccübləndirdi. Bu qədər gözəl və rahat mühitdə olmaq mənim üçün bir qədər fərqlidir”.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya ötən gecə Ukrayna ərazilərini kütləvi atəşə tutub:
“Həmin gecə raketlər və dronlar mənim evimin üzərindən keçirdi. Səfəri təxirə salmağı da düşünürdüm. Lakin artıq bu gün buradayam. Ukrayna apardığı mübarizədə Azərbaycanın onun müstəqilliyini tanımasından çox məmnundur”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 25.05.2025
Sibiqa: “Rusiyanın dronları evimin üzərindən keçirdi”
Hazırda oxunan: Sibiqa: “Rusiyanın dronları evimin üzərindən keçirdi”
Hazırda oxunan: Sibiqa: “Rusiyanın dronları evimin üzərindən keçirdi”
251213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.