Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib
Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb:
"Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik", - deyə o bildirib.
Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:32 / 25.05.2025
Ukrayna dronu Putinin helikopterinə hücum edib?
Hazırda oxunan: Ukrayna dronu Putinin helikopterinə hücum edib?
Hazırda oxunan: Ukrayna dronu Putinin helikopterinə hücum edib?
251212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.