Rusiya 300-ə yaxın pilotsuz uçuş aparatı və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya rekord sayda hava hücumu həyata keçirib.
Bu barədə Bizim.Media Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
Rusiya Federasiyasının Kursk vilayətindən 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, Saratov vilayətindən və Qara dənizdən buraxılan “Tu-95” və “Tu-160” strateji aviasiya təyyarələrindən 55 ədəd Kh-101 və Kalibr qanadlı raketləri, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketləri, 298 “Şahed” və digər növ hücum pilotsuz təyyarələri ilə hava huücumlarını reallaşdırıb.
Ukrayna hava hücumundan müdafə üçün aviasiya, zenit-raket qüvvələrindən, elektron döyüş bölmələri və mobil atəş qruplarından istifadə edib
Həmçinin, Rusiyanın 266 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onlardan 139-u atəşlə məhv edilib, 127-si elektron sistemlərlə söndürülüb.
Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:50 / 25.05.2025
Ukraynaya rekord sayda hava hücumu: 10-dan çox mülki şəxs həlak oldu - FOTO-VİDEO
Hazırda oxunan: Ukraynaya rekord sayda hava hücumu: 10-dan çox mülki şəxs həlak oldu - FOTO-VİDEO
Hazırda oxunan: Ukraynaya rekord sayda hava hücumu: 10-dan çox mülki şəxs həlak oldu - FOTO-VİDEO
251190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.