Rusiya bu şəhəri yer üzündən SİLDİ

Rusiya bu şəhəri yer üzündən SİLDİ

Hazırda oxunan: Rusiya bu şəhəri yer üzündən SİLDİ

251168

Xarkov vilayətinin Kupyansk şəhəri 90% dağıdılıb və ya zədələnib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Andrey Besedin telemarafonda deyib.
 

Onun sözlərinə görə, cəmiyyətdə vəziyyət hələ də kritik olaraq qalır.


“Şəhərin 90%-i artıq dağıdılıb və ya zərər görüb”, – Besedin qeyd edib.

O əlavə edib ki, Rusiya qoşunları idarə olunan hava bombaları, artilleriya, reaktiv sistemlər və FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə yaşayış məntəqələrinin mərkəzi ərazilərinə zərbələr endirməkdə davam edir.

23 may tarixində Kupyanskın atəşə tutulması zamanı UAB və “Uraqan”dan istifadə olunub, iki kommunal xidmət işçisi həlak olub. Daha əvvəl bir nəfərin öldüyü, bir nəfərin yaralandığı bildirilib.

Administrasiya rəhbərinin sözlərinə görə, icmanın ərazisində təxminən 1700 mülki sakin qalır. O, sakinləri yenidən evakuasiya olunmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO