Ukraynanın Çernivtsi Rayon Məhkəməsi Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Sergey Melikovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun Rusiyadan hərbi əməliyyatların iştirakçılarına fəal dəstək verməsi olub.
Melikov Ukraynanın ərazi sərhədlərinin dəyişdirilməsinə yönəlmiş aksiyaların maliyyələşdirilməsi maddəsi ilə təqsirli bilinib.
Ukrayna hüquq-mühafizə orqanları Dağıstanın liderinin Rusiya Federasiyası Silahlı Qüvvələrinə hərtərəfli dəstək verdiyini bildirib.
Qeyd edək ki, 2020-ci ilin oktyabrından Dağıstana rəhbərlik edən Sergey Melikov genişmiqyaslı humanitar yardım proqramı təşkil edib. Respublika başçısının mətbuat xidmətinin martın 23-də dərc etdiyi məlumata görə, Dağıstandan müharibə iştirakçılarına göndərilən humanitar yardımın həcmi artıq 25 min tonu ötüb.
Bizim.Media