“Yalnız əlavə sanksiyalar Rusiyanı bombardmanı dayandırmağa məcbur edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Telegram kanalında yazıb.
Zelenskinin fikrincə, Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı əlavə sanksiyalar tətbiq etməklə problemi həll etmək olar.
Ukrayna prezidenti vurğulayıb ki, Kiyev ABŞ, Avropa və bütün tərəfdaşlarından yeni sanksiyalar gözləyir.
Zelenskinin sözlərinə görə, gecə saatlarında Ukrayna əraziləri Rusiya tərəfindən 250 pilotsuz uçuş aparatı (PUA) və 14 ballistik raket hücumuna məruz qalıb.
Bizim.Media