Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Radkovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəsəbə Rusiya Silahlı Qüvvələrinin “Qərb” qoşun qruplaşmasının bölmələrinin əməliyyatları nəticəsində nəzarətə götürülüb.
Radkovka Kupyansk şəhərinin yaxınlığında yerləşir. Kənd Oskol və Kupyanka çaylarından iki kilometr aralıda yerləşir.
Həmçinin Rusiya hərbçiləri bir həftə ərzində Ukraynada altı yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Bizim.Media