Bayden və Putin bir-birinə hədiyyə bağışladı

Bayden və Putin bir-birinə hədiyyə bağışladı

Hazırda oxunan: Bayden və Putin bir-birinə hədiyyə bağışladı

25090

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə xrustal heykəl və günəş eynəyi hədiyyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə "CNN" öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin bildiriyinə görə, Baydenin Putinə hədiyyə etdiyi eynək "Aviator" markası olub, hansı ki, Bayden özu dəfələrlə bu marka eynəkdə görünüb.

Kremlin mətbuat katibi Dmitri Peskov isə Putinin Baydenə "Moskva" yazısı olan xoxloma (taxtadan üstündə bəzəklər olan qab-qacaq dəsti) dəsti hədiyyə etdiyini açıqlayıb.

Qeyd edək ki, bu gün Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında 4,5 saat davam edən görüş keçirilib. Görüşün yekunu ilə bağlı liderlər ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO