Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI

Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI

Hazırda oxunan: Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI

250845

Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxs hazırda Azərbaycandan Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.
 

Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıqdır ki, axtarışda olub. İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.


Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə təqsirkarların çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı qismində Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO