İsrailin “Ben-Qurion” hava limanına zərbə endirildi – UÇUŞLAR DAYANDIRILDI

İsrailin “Ben-Qurion” hava limanına zərbə endirildi – UÇUŞLAR DAYANDIRILDI

Hazırda oxunan: İsrailin “Ben-Qurion” hava limanına zərbə endirildi – UÇUŞLAR DAYANDIRILDI

250734

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı - husilər Təl-Əviv şəhərində yerləşən “Ben-Qurion” hava limanına “Zülfüqar” ballistik raketi ilə zərbə endirib.

Bizim.Media xəbər verir ki, qiyamçılara məxsus “AI Masirah” telekanalında yayılan məlumata görə, hücum nəticəsində hava limanının fəaliyyəti təxminən bir saat dayanıb. Bundan əlavə, yəmənli üsyançılar pilotsuz təyyarələrdən istifadə edərək Təl-Əviv və Hayfada iki hədəfə hücum həyata keçirib.

Xatırladaq ki, mayın 6-da ABŞ Prezidenti Donald Tramp husilərin Qırmızı dənizdə gəmilərə hücum etməyəcəklərini və bu səbəbdən Yəmənə zərbələrin dayandırıldığını açıqlayıb. Daha sonra Omanın Xarici İşlər Nazirliyi Yəmən və ABŞ arasında atəşkəs elan olunduğunu bildirib.

Husilərin ali siyasi şurasının rəhbəri Mehdi əl-Maşat isə öz növbəsində Yəmənin Qəzza sektoruna dəstəkdən əl çəkməyəcəyini və fələstinlilərlə həmrəy olaraq İsrailə hücumları davam etdirəcəklərini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO