Vaşinqtonda yerləşən Yəhudi muzeyində atəş açan şəxs əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyən Çikaqodan (İllinoys ştatı) olan 30 yaşlı Elias Rodriqes olub.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, o, yeganə atəş açan şəxs olub.
Qeyd olunur ki, atəşdən sonra Rodriqes muzey binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti onu içəri buraxmayıb.
O, saxlanılarkən əməlini etiraf edib və tapançanı harada atdığını bildirib. O, həmçinin bunu Qəzza üçün etdiyini deyib.
Qeyd edək ki, hadisə nəticəsində İsrail səfirliyinin Yaron və Sara adlı iki əməkdaşı həlak olub.
Onlar gələn həftə nişanlanmalı idilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:49 / 22.05.2025
Çikaqo sakini israilli diplomatlara BU SƏBƏBDƏN atəş açıb – DETALLAR
Hazırda oxunan: Çikaqo sakini israilli diplomatlara BU SƏBƏBDƏN atəş açıb – DETALLAR
Hazırda oxunan: Çikaqo sakini israilli diplomatlara BU SƏBƏBDƏN atəş açıb – DETALLAR
250688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.