ABŞ-da İsrail səfirliyinin 2 əməkdaşı öldürüldü - VİDEO

ABŞ-da İsrail səfirliyinin 2 əməkdaşı öldürüldü - VİDEO

Hazırda oxunan: ABŞ-da İsrail səfirliyinin 2 əməkdaşı öldürüldü - VİDEO

250631

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.

“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib. 

İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.

O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO