Zelenski: “Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq”

Zelenski: “Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq”

Hazırda oxunan: Zelenski: “Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq”

250244

“Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq. Ölkənin suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək həm Prezidentin, həm də hərbçilərin konstitusion hüququdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

“Burada məsələ Prezident Trampla bağlı deyil. Niyə? Çünki bu, bizim torpağımız, dövlətimiz, ordumuz və müstəqilliyimizdir. Məsələ Ukraynanın nəyi bacarıb, nəyi bacarmamasıdır. Heç kim qoşunlarımızı ərazilərimizdən çıxarmayacaq. Bu, mənim konstitusion haqqımdır, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq hərbçilərimizin borcudur”, - deyə Zelenski əlavə edib.

Zelenski qeyd edib ki, hazırda müvəqqəti işğal olunmuş ərazilər var, lakin Ukrayna heç bir ultimatum yerinə yetirməyəcək və heç kim öz torpağından, ərazilərindən, xalqından, evindən əl çəkməyəcək.

“Memorandumda hansı prinsiplərin olduğunu bilmirəm. Əgər Rusiya qoşunlarımızı öz torpaqlarımızdan çıxarmaq üçün şərtlər qoyursa, bu, o deməkdir ki, onlar atəşkəs istəmirlər”, - deyə Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO