Azərbaycanlı qadın “Everest”i fəth etdi - Tarix yazdı - FOTO

Azərbaycanlı qadın “Everest”i fəth etdi - Tarix yazdı - FOTO

Hazırda oxunan: Azərbaycanlı qadın “Everest”i fəth etdi - Tarix yazdı - FOTO

250146

Azərbaycanın adını dağçılıq tarixində qızıl hərflərlə yazan Vəfa Qəhrəman böyük uğura imza atıb.

Bizim.Media xəbər verir ki, o, ölkə tarixində ilk dəfə olaraq ardıcıl şəkildə iki ən yüksək zirvəni - Everest (8.848 m) və Lots (8.516 m) zirvələrini fəth edərək, həm milli, həm də regional səviyyədə tarix yazıb.

Vəfa Qəhrəman bu möhtəşəm ekspedisiyaya peşəkar Himalay bələdçisi Dava Şerpa ilə birgə başlayıb.

15 may 2025-ci il tarixində o, dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsinə uğurla çatıb. Sadəcə iki gün sonra, 17 may tarixində isə dünyanın dördüncü ən yüksək zirvəsi olan Lotsa qalxaraq əzmkarlığını və fiziki gücünü bir daha sübut edib.
 

İki möhtəşəm zirvəni fəth etdikdən sonra, Vəfa Qəhrəman hazırda baza düşərgəsinə təhlükəsiz şəkildə geri dönüb. Bu, dağçılıq ekspedisiyalarında mühüm mərhələ sayılır, çünki yalnız zirvəyə qalxmaq deyil, oradan sağlam şəkildə enmək də böyük peşəkarlıq və fiziki hazırlıq tələb edir.


Bu uğur təkcə Azərbaycanın deyil, bütün Qafqaz bölgəsinin qadın alpinistləri üçün tarixi əhəmiyyət daşıyır. (Milli.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO