Şor qrupunun rusiyapərəst nümayəndəsi Viktoriya Furtune bəyan edib ki, Moldova Odessanın cənub hissəsi hesab edilən Budjak bölgəsini ölkənin dənizə çıxışını bərpa etmək üçün geri almalı və sərhədləri yenidən nəzərdən keçirməlidir.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
O iddia edib ki, Moldova itirdiyi bu ərazini heç vaxt rəsmən Ukrayna ərazisi kimi tanımayıb.
Xatırladaq ki, Furtune keçmiş prokurordur və ötən il parlament seçkilərində iştirak edib.
Onun seçkiqabağı videoçarxı tanınmayan Dnestryanı Muxtar Respublikasının (“Pridnestroviya”) mərkəzində çəkilib.
O, Moskva şəhərində mühacirətdə yaşayan və rusiyapərəst nüfuz şəbəkəsinə rəhbərlik edən məhkum moldovalı oliqarx İlan Şorla sıx əlaqədədir.
Qeyd edək ki, Budjak müasir Odessanın cənubunda, Dunay və Dnestr çayları arasında yerləşən tarixi‑coğrafi bölgədir.
Tarixən müxtəlif dövlətlərin tərkibinə daxil olsa da, hazırda bütövlükdə Ukraynanın nəzarəti altındadır.
Bizim.Media