Polşa gömrüyü Azərbaycana göndərilən 5 ton yükü müsadirə etdi

Polşa gömrüyü Azərbaycana göndərilən 5 ton yükü müsadirə etdi

Hazırda oxunan: Polşa gömrüyü Azərbaycana göndərilən 5 ton yükü müsadirə etdi

250104

Polşanın gömrük orqanları bazar ertəsi Boeing sərnişin təyyarələri üçün nəzərdə tutulan 5 ton təkəri ələ keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Polşanın Dövlət Vergi Administrasiyası yayıb.

Mənbə qeyd edir ki, Avropa Birliyinin sanksiya siyahısına daxil olan bu məhsullar Polşanın Koroşine şəhərində keçirilən yoxlama zamanı aşkar edilib.

Gömrük əməkdaşları nəqliyyat vasitəsini yoxlayarkən sürücünün bəyan etdiyi avtomobil və avtobus təkərləri əvəzinə Boeing təyyarələri üçün nəzərdə tutulan təkərləri müəyyən ediblər. 
 

Reuters-ə açıqlanan rəsmi bəyanatda bildirilir ki, mal İspaniyadan göndərilən və Azərbaycandakı bir şirkətə təhvil verilməsi planlaşdırılan tranzit yüklərə daxil olub.


Hadisə ilə bağlı cinayət işi açılıb, sanksiyaya məruz qalan yüklər müvəqqəti saxlanılıb.

Xatırladaq ki, təkərlər Belarus və Rusiya vasitəsilə Azərbaycana gətiriləcəkmiş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO