Rumıniyada prezident seçkilərinin 2-ci turunun “exit-poll” nəticələri açıqlandı - FOTO

Rumıniyada prezident seçkilərinin 2-ci turunun “exit-poll” nəticələri açıqlandı - FOTO

Hazırda oxunan: Rumıniyada prezident seçkilərinin 2-ci turunun “exit-poll” nəticələri açıqlandı - FOTO

250040

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda aparılan “exit-poll” nəticələrinə əsasən, müstəqil namizəd Nikuşor Dan 54,9 faiz səslə öndə gedir. Onun rəqibi, AUR Partiyasının lideri Corce Simion isə 45,1 faiz səs toplayıb.

Bizim.Media xəbər verir ki, bu nəticələr “Avangarde” Sosial-Davranış Araşdırmaları Qrupu tərəfindən məlumatlara əsasən açıqlanıb və yalnız Rumıniya ərazisində yerləşən seçki məntəqələrində verilmiş səsləri əhatə edir.

Xaricdə yaşayan rumınların, diasporanın səsi hələlik bu statistikaya daxil edilməyib.
 

Qeyd edək ki, 2025-ci il prezident seçkiləri Rumıniya üçün mühüm əhəmiyyət kəsb edir. Namizədlər arasında ciddi ideoloji fərqlər mövcuddur. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, euroskeptik mövqe göstərir.


Diasporadan gələn səslərin yüksək iştirakı yekun nəticələrə əhəmiyyətli təsir göstərə bilər. Seçkilərə qatılmanın yüksək olması da diqqət çəkir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO