Pavel Durovdan sensasion AÇIQLAMA - Fransa Rumıniyadakı seçkilərə müdaxilə etmək istəyib?

Pavel Durovdan sensasion AÇIQLAMA - Fransa Rumıniyadakı seçkilərə müdaxilə etmək istəyib?

Hazırda oxunan: Pavel Durovdan sensasion AÇIQLAMA - Fransa Rumıniyadakı seçkilərə müdaxilə etmək istəyib?

250013

“Messencer Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində Qərbi Avropa ölkələrindən birindən seçkilərə müdaxilə etməklə bağlı tələb alıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Telegram-ın baş direktoru Pavel Durov bəyanat yayıb.

Onun sözlərinə görə, tələb bu gün keçirilən prezident seçkilərindən əvvəl daxil olub və Rumıniyada “mühafizəkar səslərin susdurulması” məqsədini daşıyıb. Durov bu tələbi qətiyyətlə rədd etdiyini vurğulayıb.

Rəsmi Telegram kanalında dərc etdiyi açıqlamada Durov ölkənin adını birbaşa çəkməyib, lakin baget emojisindən istifadə edərək dolayısı ilə Fransaya işarə edib.

Bu emoji bir çoxları tərəfindən Fransa kimi şərh olunub.
 

Durov söz azadlığı və seçkilərlə bağlı mövqeyini də açıqlayıb. O bildirib ki, “demokratiyanı məhv edərək onu qorumaq olmaz” və “seçkilərə müdaxiləni dayandırmaq üçün seçkilərə qarışmaq olmaz”. Onun fikrincə, söz azadlığı və ədalətli seçkilər bir-birindən ayrılmaz anlayışlardır və Rumıniya xalqı hər ikisinə layiqdir.


“Söz azadlığı və ədalətli seçkilər ayrılmaz anlayışlardır. Rumıniya xalqı isə həm söz azadlığına, həm də ədalətli seçkilərə layiqdir,” – deyə iş adamı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO