ABŞ Prezidentinin xüsusi elçisi: “Trampın Putinlə telefon danışığı uğurlu olacaq”

ABŞ Prezidentinin xüsusi elçisi: “Trampın Putinlə telefon danışığı uğurlu olacaq”

Hazırda oxunan: ABŞ Prezidentinin xüsusi elçisi: “Trampın Putinlə telefon danışığı uğurlu olacaq”

250012

Amerika administrasiyası böhranın həlli məsələsində Rusiya və Ukraynanın mövqelərini müəyyən qədər yaxınlaşdıra bilib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “ABC News” telekanalına müsahibəsində deyib.

"Belə danışıqlarda insanlar müəyyən mövqelərdən çıxış edirlər. Sənət tərəflər arasında uçurumu azaltmaqdan ibarətdir və hesab edirəm ki, biz buna müəyyən qədər nail olmuşuq", - o deyib.

Uitkoff ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mayın 19-da gözlənilən söhbəti də şərh edib.
 

O, qeyd edib ki, bu danışığın uğurlu olacağına, hər iki tərəfin harada olduğunu və danışıqları necə yekunlaşdıracağını müəyyən etmək üçün böyük əhəmiyyət kəsb edəcəyinə” inanır.


"İnanıram ki, Prezidentin Vladimir Putinlə telefon danışığı uğurlu olacaq. Onlar bir-birini tanıyırlar. Prezident burada nəsə etmək əzmindədir. Əgər o bunu bacarmasa, heç kim edə bilməz", - deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO