Qəzza zolağına gecə hücumu: 103 ölü var

Qəzza zolağına gecə hücumu: 103 ölü var

Hazırda oxunan: Qəzza zolağına gecə hücumu: 103 ölü var

249982

Bazar günü gecəsi İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına növbəti zərbə endirib, nəticədə azı 103 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” yerli xəstəxanalara istinadən yazıb.

İMQ vəziyyətlə bağlı hələlik şərh verməyib.
 

Naser xəstəxanasının məlumatına görə, Xan-Yunis şəhəri və ətrafına edilmiş hava zərbələri nəticəsində 48-dən çox insan ölüb, onlardan 18-i uşaq, 13-ü qadındır. Qəzzanın şimalında Cəbaliya qaçqın düşərgəsinə edilmiş zərbə nəticəsində doqquz nəfər ölüb, Cəbaliyaya edilmiş digər zərbə zamanı isə daha 10 nəfər ölüb. HƏMAS-ın mülki müdafiə qurumunun məlumatına görə, onların arasında yeddi uşaq və bir qadın olub.


Daha əvvəl Qəzza zolağının Səhiyyə Nazirliyi son sutka ərzində daha 153 nəfərin öldüyünü, anklavın xəstəxanalarına 459 yaralının çatdırıldığını bildirib.

Xatırladaq ki, mayın 16-da İMQ HƏMAS-ın nəzarətində olan anklavın strateji rayonlarını ələ keçirmək məqsədilə quru əməliyyatının genişləndirildiyini elan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO