“Danışıqlar pozularsa, İsrail Qəzza sektorunu üç zonaya böləcək” - FOTO

“Danışıqlar pozularsa, İsrail Qəzza sektorunu üç zonaya böləcək” - FOTO

Hazırda oxunan: “Danışıqlar pozularsa, İsrail Qəzza sektorunu üç zonaya böləcək” - FOTO

249979

“Üçüncü mərhələ: Qəzzanın tam işğalı” adlanan plan zolağı üç inzibati regiona ayırmağı və İsrailin nəzarətində olan 4 zonanın yaradılmasını nəzərdə tutur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Sunday Times” qəzeti əldə edib.

Qəzetin dərc etdiyi xəritədə bu nəzarət zonaları aşağıdakı əraziləri əhatə edir:

Şimaldan Qəzza şəhərinə qədər uzanan hissə;

Netzarim koridorunun cənubunda yerləşən rayon;

Moreq koridoru və Rafah ətrafındakı strateji məntəqələr.

Regionlararası hərəkət yalnız xüsusi icazə ilə mümkün olacaq, yüklər isə foto­identifikasiya və ya ştrix-kod əsasında yoxlama məntəqələrindən keçməlidir.

Plan əsasında Netzarim ərazisi daraldılacaq, İsrail buldozerləri mövcud koridoru genişləndirərək bölgələr arasında hərbi infrastrukturu quracaq. Eyni zamanda şimalda, Bəyt-Lahiya və Bəyt-Xanun rayonlarında yol və hərbi mövqelərin tikintisi üçün hərbi zonanın genişləndirilməsi nəzərdə tutulur. Bu mərhələnin icrası ən azı üç həftə vaxt aparacaq və uzunmüddətli nəzarət strategiyasının ilkin addımı sayılır.

Xəritədə həmçinin məhkəmə və səhiyyə obyektlərinin yerləşdiyi mülki sahələrdə humanitar yardımın bölgüsünün həyata keçiriləcəyi təxmin edilən 12-ə yaxın dayanacaq göstərilib. Bu, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffun “Qəzza Yardım Fondu”nun İsrail tərəfindən Zolaqda fəaliyyətə başlamasına icazə verilməsi nəticəsində hazırlanmış yenilənmiş planın tərkib hissəsi ola bilər. Sazişə əsasən, sığortalı yardım məntəqələrinin sayı artırılacaq.

İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) rəsmi nümayəndəsi bu məlumatı təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO