Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini QƏBUL ETDİ - VİDEO

Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini QƏBUL ETDİ - VİDEO

Hazırda oxunan: Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini QƏBUL ETDİ - VİDEO

249972

Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.

Bizim.Media xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.

Tədbirə xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen gəlib.

Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio da iştirak edirlər.

Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO