Kiyevdə insanlar drondan qorunmaq üçün metroya axışdı - ANBAAN VİDEO

Kiyevdə insanlar drondan qorunmaq üçün metroya axışdı - ANBAAN VİDEO

Hazırda oxunan: Kiyevdə insanlar drondan qorunmaq üçün metroya axışdı - ANBAAN VİDEO

249945

Dünən gecə Rusiya ordusu Ukraynaya 273 dron buraxılıb. Bu da Moskvanın yeni antirekordu sayılır. Ukrayna müdafiə qüvvələri 88 dronu vurub, əlavə 128 dron isə texniki nasazlıqdan düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Hava Qüvvələri yayıb.

Mənbə qeyd edir ki, bu hücumlar fonunda Kiyev metrosuna sərnişin axını yenə pik həddə çatıb.

İnsanlar metronu sığınacaq və təhlükəsiz nəqliyyat vasitəsi kimi istifadə edirlər. Bu da gündəlik olaraq minlərlə paytaxt sakininin metroya üz tutmasına səbəb olur. Metro stansiyalarında yaranan izdiham, xüsusilə güclü hava həyəcanı anlarında daha da artır.

Belə vəziyyət sərnişinlər üçün əlavə gərginlik yaradır. Metro əməkdaşları sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edirlər. Lakin dron təhdidinin davam etməsi Kiyevdə nəqliyyat və şəhər həyatının normallaşmasının qarşısında ciddi əngəl olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO