NASA-nın Yupiterin "Avropa" peykini araşdırmaq üçün göndərdiyi "Europa Clipper" aparatı uçuş zamanı Marsın infraqırmızı görüntüsünü qeydə alıb. Maraqlısı budur ki, fotodakı qəribəliklər elm adamlarını çaşdırıb.
Bizim.Media xəbər verir ki, görüntü əsas alətlərdən biri olan "E-THEMIS"in test məqsədilə çəkilib. Aparat Marsın 884 km yaxınlığından keçərkən planeti boz tonlarda "kosmik kabus"u xatırladan bir şəkildə görüntüləyib. Foto 18 dəqiqəyə 1000 kadr əsasında hazırlanıb.
Qeyd edək ki, "Europa Clipper" 2030-cu ildə Yupiterin "Avropa" peykinə çataraq, orada təxminən 49 uçuş həyata keçirəcək və buzla örtülü səthin altındakı maye okeanda həyat əlamətləri axtaracaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:07 / 18.05.2025
Marsın qəribə görüntüsü alimləri təəccübləndirdi
Hazırda oxunan: Marsın qəribə görüntüsü alimləri təəccübləndirdi
Hazırda oxunan: Marsın qəribə görüntüsü alimləri təəccübləndirdi
249932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.