BMT 2024-cü ildə qlobal aclıq səviyyəsini rekord həddə çatdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir.
Məlumatlara görə, 295 milyondan çox insan silahlı münaqişələr, iqtisadi sarsıntılar, ekstremal iqlim şəraiti və əhalinin kütləvi köçkünlüyü səbəbindən ölüm-qalım mübarizəsi verir.
Fəlakətli aclığın astanasında olan insanların sayı 1,9 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Bunlar monitorinqin başlandığı 2016-cı ildən bəri ən yüksək göstəricidir.
Uşaqlar arasında aclığın kritik səviyyədə qeydə alındığı Yəmən, Mali, Qəzza zolağı və Sudanda vəziyyət xüsusilə ağırdır. Belə ki, 5 yaş qrupu arasında təxminən 38 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:25 / 17.05.2025
BMT-dən HƏYƏCAN TƏBİLİ: Qlobal aclıq səviyyəsi rekord həddə çatıb
Hazırda oxunan: BMT-dən HƏYƏCAN TƏBİLİ: Qlobal aclıq səviyyəsi rekord həddə çatıb
Hazırda oxunan: BMT-dən HƏYƏCAN TƏBİLİ: Qlobal aclıq səviyyəsi rekord həddə çatıb
249912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.